“Be Smart and New Moves” – məktəblilər üçün qidalanma təlimi çərçivəsində tədbir keçirilib – FOTO

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Be Smart and New Moves” – məktəblilər üçün qidalanma təlimi layihəsinin icrasına başlanıb.

Layihənin məqsədi uşaqlara və yeniyetmələrə məktəb çağlarından etibarən sağlam və düzgün qidalanma, fiziki aktivlik vərdişlərinin və şəxsigigiyena qaydalarının aşılanmasını təmin etmək və sağlam nəsil yetişdirməkdən ibarətdir. Uşaq və yeniyetmələrə sağlam qidalanma vərdişi qazandırmaqda Finlandiyada tətbiq olunan təlim proqramları çox təsirli bir metoddur.

Finlandiyada məktəblərdə həyata keçirilən “Sapere” metodu məktəblilər arasında sağlam qidalanma vərdişi aşılayır və obezitəyə (piylənmə) qarşı faydalı nəticələr verir. Layihə çərçivəsində pilot olaraq seçilən 176 nömrəli tam orta məktəbdə layihə rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova tərəfindən 40 şagirdə təlim keçirilib.

Şagirdlərə “Sağlamlığın və rifahın qorunmasında fiziki fəaliyyətin rolu”, “Sağlam qidalanmanın faydaları: Sağlam qidalanma bədənimizə və ağlımıza necə təsir edir”, “Zərərli vərdişlərdən uzaq olmaq: siqaret, alkoqol və narkotiklərin sağlamlığımıza təsiri” mövzusunda geniş məlumat verilib.

COP29