Bədbəxt hadisə – Tələbə dəm qazından boğuldu

Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb.

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonundan qeydə alınıb. Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Məmmədova Günel Camal qızı kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, G. Məmmədova tələbə olub./Apa/

COP29