Bədbəxt hadisə – Usta hündürmərtəbəli binadan yıxılıb öldü
Abşeronda tikintidə ölüm hadisəsi baş verib.
Yenicag.az-ın məlumatına görtə, hadisə rayonun Saray qəsəbəsi ərazisində qeydə alınıb. Saray qəsəbəsi, Əmirov küçəsində “Halal” MTK şirkətinin inşa etdiyi hündürmərtəbəli yaşayış binasında usta işləyən, 1981-ci il təvəllüdlü Həbibzadə Camal Mircəfər oğlu suvaq işləri apararkən binanın 9-cu mərtəbəsindən yıxılıb.
O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi başlanıb./Trend/