!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bədən dili"nizdə bunlardan istifadə etməyin - 10 mənfi hərəkət

!Reklam – Yazi

Hər birimizin düşünmədən etdiyi jest və mimiklər ətrafımızda bizimlə bağlı mənfi fikir yarada bilər.

Yenicag.az “bədən dili” üçün qüsurlu hesab edilən 10 davranışı təqdim edir:

1.

Belinizi və kürəyinizi əyməyin. Bu sizin özünüzə inanmadığınız təsəvvürünü yaradır.

2.

Qollarınızı və ya ayaqlarınızı birləşdirməyin. Bu davranış sizin ünsiyyətdən qaçdığınızı göstərir.

3.

Narahat olduğunuzu və ya tələsdiyinizi hiss etdirməyin. Bunun əvəzinə danışdığınız insanla göz kontaktı qurmağa çalışın.

4.

Boynunuzu ovxalamayın. Bu hərəkəti yorğun olduğunuz üçün etsəniz belə, qarşınızdakı insan sizin söhbətdən sıxıldığınızı və əsəbi olduğunuzu düşünə bilər.

5.

Dırnaqlarınızı yeməyin. Bu davranış həm gigiyenik, həm də “bədən dili” baxımından olduqca qüsurludur. Çünki insanlar sizin lazımından artıq gərgin olduğunuzu fikirləşəcək.

6.

Gözlərinizi zilləməyin və ya göz kontaktından qaçmayın. Gözlər ünsiyyətdə ən vacib amillərdən biridir. Həddindən artıq diqqətli baxaraq qarşınızdakını çaşdıra bilərsiniz. Ona baxmadan danışmaq isə sizin qarşınızdakına əhəmiyyət vermədiyinizi göstərə bilər.

7.

Başqa tərəfə baxmayın.

8.

Gözlərinizi çevirməyin. Xüsusilə, böyüklərlə danışarkən bu davranışdan qaçının.

9.

Gülümsəməyi unutmayın.

10.

Hərəkətsiz durmayın. Bu, sizin söhbətə qatılmadığınızı göstərir.

www.yenicag.az

853
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv