Bədənində qəlpələr gəzdirən qazi: “Ayılanda gördüm ki…” – VİDEO

Tanınmış jurnalist Sara Safuranın təqdimatında “Zəfər yolu” adlı layihənin növbəti buraxılışı Vətən müharibəsi iştirakçısı qazi Seyidəliyev Ziyəddin Ələddin oğluna həsr olunub.

Yenicag.az xəbər verir ki, bu dəfə çəkiliş 44 Günlük Vətən müharibəsi iştirakçısı olmuş 33 yaşlı qazinin yaşadığı Şabran rayon Çölquşçu kəndindəki evində baş tutub.

Yaradıcı heyətlə bərabər tanınmış müğənni Şahin İsmayılov da qazini ziyarət edib.

Qeyd edək ki, Seyidəliyev Ziyəddin Suqovuşan, Talışkənd istiqamətində gedən əkshücum əməliyyatlarında iştirak edib. Həmin döyüşlərdə yaralanıb, ağır bədən və kəllə-beyin travması alıb. Müalicə olunsa da, hələ ki, sağlamlığına qovuşa bilməyib.

O, Prezidentinin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Videonu təqdim edirik:

Sara Safura
Cəvahir
Gündüz