Azərbaycanın bədii gimnastı Alina Məmmədova Almaniyanın Leverkuzen şəhərində keçirilən “4-cü Qış Kuboku” yarışlarında gümüş medal qazanıb.
Yenicag.az xəbər verir ki, idmançı topla hərəkətlərdə ikinci yeri tutub.
Qeyd edək ki, turnirdə Leyli Ağazadə və Fidan Aladinova da mübarizə aparır. “4-cü Qış Kuboku” dekabrın 12-də başa çatacaq.