Bədii gimnastlarımız bürünc medal qazandılar

Azərbaycanın bədii gimnastları Şəms Ağahüseynova və Nuray Əhmədzadə Portuqaliyanın Portimao şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar.

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, cütlük gənclər arasında komanda hesabında fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Qeyd edək ki, beynəlxalq turnirə mayın 3-də yekun vurulacaq.