!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bədnam qonşuların Azərbaycana təzyiq SİYASƏTİ: Ölkəmiz bu durumda hansı addımı atmalıdır? - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan işğalçı ilə bir yerdə olmamalı və onlarla uzlaşdırıcı siyasətdən imtina etməlidir”.

Bu sözləri ölkədəki siyasi proseslərin durğunluğunu və Azərbaycana qarşı xaricdən olan təzyiqləri şərh edən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Zəlimxan Məmmədli bildirib ki, Azərbaycan İran və Rusiyanın ciddi təzyiqi altındadır:

“İran bir yandan, Rusiya bir yandan Azərbaycana təzyiq edir. Bundan əlavə, Ermənistan və PKK da var. Bu təzyiqlərə qarşı çıxmaq üçün Azərbaycan cəmiyyətinin bütövləşdirilməsi istiqamətində cəsarətli addım atılmalıdır. Bizim gözümüzdə kifayət qədər sözə baxan, müti obrazı olan, qazax xalqının əlayhinə addımlar atmaq cəsarətində olan Tokayev Rusiyanın mərkəzində Putinin iştirakı ilə mətbuat konfransında, demək olar ki, putinizmin belini qırdı. Azərbaycan da iradə qoymalıdır. Azərbaycan mütərəqqi dünyanın olduğu məkana daxil olmasını ifadə etməlidir.

GUAM adlı dördlük yaranmışdı. GUAM Avropa institutlarının modeli idi. Avropa İttifaqında dörd ölkənin əməkdaşlığı formalaşsın, onların inteqrasiyası üçün ortaq layihələr işlənib hazırlansın. Moldova, Ukrayna Avropa Birliyinə yol açıb, Gürcüstan tərəddüd içərisindədir, Azərbaycanın adı heç dəftərdə yoxdur.

Azərbaycan iradə ortaya qoymadıqca bu cür hallar baş verəcək. Hakimiyyətin içərisində marjinal qruplar var. Onun-bunun dirijor çubuğu ilə oturan nazirlər, məmurlar var.

İranın mövqeyi aydındır. Dindən istifadə edəcək. Fars şovnizmi qədər islam dininə zərbə vuran heç bir qüvvə yoxdur. Fars şovnizmində islam kişini ağlatmaq, qadını istismar etmək üçün alətdir. Azərbaycanda hazırda bu meydana çıxıb. Hüquq işləmir. Cəmiyyəti yuxarı qaldırmaq üçün cəmiyyətin təmərküzləşməsi lazımdır. Ölkədə prezident institutu milli qüvvələrlə əhatəli şəkildə 44 günlük müharibədə olan model yenidən meydana gətirilməlidir. Siyasi islahatların qapısı açılmalıdır. Ukrayna və Moldovadan geri qalmamlıyıq, əslində, sürətlə onları keçməliyik”.

Səxavət Məmməd

www.yenicag.az

667
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv