Bu gün Birləşmiş Ərəb Əmirlikləri COVID-19 yayılmasının qarşısını almaq məqsədi ilə səylərini artırmaq üçün Azərbaycana göyərtəsində 11 ton tibbi yardım və test cihazı daşıyan təyyarəsi göndərib.
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyindən Yenicag.az-a daxil olan məlumata görə, bu yardım virusa qarşı mübarizə çərçivəsində çalışan təxminən 11 000 tibb işçisinə kömək edəcəkdir.
Öz şərhində BƏƏ-nin Azərbaycandakı səfiri cənab Mohamed Ahmed Hamel Alqubaisi bildirib ki: “BƏƏ ilə Azərbaycan arasında əlaqələr bir çox sahələrdə əhəmiyyətli dərəcədə inkişaf edir. Bu əlaqələri dostluq, anlaşma və qarşılıqlı dəstəyin möhkəmləndirilməsi üçün iki ölkə rəhbərliyinin ümumi maraq doğuran bir çox regional və beynəlxalq məsələlərdə və müxtəlif beynəlxalq forumlar çərçivəsində ortaq baxışı dəstəkləyir”.
“Bu gün tibbi yardım təyyarələrinin göndərilməsi BƏƏ rəhbərliyinin müxtəlif ölkələrdə, xüsusən də dünyanın pandemiya ilə mübarizədə üzləşdiyi çətinliklər fonunda dost və qardaş ölkələrin yanında olmasının bir ifadəsidir” – deyə cənab səfir əlavə etdi.
Bu günə qədər BƏƏ dövləti COVID-19 böhranına qarşı mübarizə çərçivəsində 67 ölkəyə 946 metrik tondan çox yardım göstərərək, bu prosesdə 946 mindən çox tibbi mütəxəssisə dəstək olub.