Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft ixracını dayandıra bilər.
Bu barədə BƏƏ-nin baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum öz “Twitter” səhifəsində yazıb.
Baş nazir bildirib ki, “yaxın vaxtda BƏƏ-dən sonuncu neft barreli ixrac ediləcək”.
O əlavə edib ki, rəhbərlik etdiyi hökumət yaxın gələcəkdə ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək üçün müzakirələrə başlayacaq.