BƏƏ Prezidenti ilə Baş naziri İlham Əliyevi təbrik etdilər

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Yenicag.az xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Növbədənkənar Prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırır və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan Respublikasının hökumətinə və xalqına inkişaf və firavanlıq arzulayıram”.

***

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən məmnunam.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan Respublikasının hökumətinə və xalqına tərəqqi və firavanlıq arzulayıram”.

COP29