Begemot can aldı

images (1)Begemotun Niger çayında qayığa hücumu nəticəsində 12 şagird – yeddi qız və beş oğlan həlak olub. 

İnsident bazar ertəsi noyabrın 17-də ölkənin paytaxtı Niame yaxınlığında baş verib. İlkin olaraq begemotun qayığı çevirməsi nəticəsində iki nəfərin həlak olması və 11 nəfərin itkin düşməsi haqqında məlumat yayılıb.  

Yeni məlumata əsasən qayıqda ən azı 18 nəfər olub. Onların əksəriyyəti 12-13 yaşlı uşaqlar olub. Onlar Niger çayının digər sahilində yerləşən məktəbə dərsə gedirlərmiş. Hökumət onların həlak olma səbəblərini konkret açıqlamayıb.

Əldə olan informasiyaya əsasən yaxınlıqda yerləşən Libor kəndinin sakini də həlak olub. “Biz heyvanı tapıb öldürmək barədə göstəriş vermişik”, – Tillaberi regionunun rəhbəri Xassumi Dyabiru bildirib.

Nigerdə daha dərin yerləri axtaran hipopotamlar, sahilə yaxınlaşırlar, bununla da yerli sakinləri qorxuya salırlar. Ekspertlər, daha yaşlı heyvanların xüsusi aqressivliyini qeyd ediblər, bu əsasən yanlarında balaları olarkən daha sərt şəkildə təzahür edir. Belə hallarda begemotlar hətta yaxınlıqda çayın sahilində otlayan iribuynuzlu mal-qaraya belə hücum edə bilirlər.
(topnews.az)