Əməkdar artist Bəhram Bağırzadə süni nəfəs aparatından ayılıb və şüuru açıq vəziyyətdədir.
Yenicag.az xəbər verir ki, bunu Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.
“Bəhram Bağırzadə vəziyyətinə uyğun olaraq, ECMO cihazından ayırsalar da, süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Həkimlər hər gün Bəhramın vəziyyətinin yaxşılığa doğru getdiyini deyirlər. Səhər saatlarında komadan ayılıb. Vəziyyəti adekvatdır, bizi eşidir, huşu özündədir. Daha da yaxşı olacağına ümid edirik”, – deyə Ş. Bağırzadə vurğulayıb.