!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəhram Bağırzadənin ağciyərlərində əhəmiyyətli yaxşılaşma var

!Reklam – Yazi

“Bəhram Bağırzadənin ağciyərlərinin vəziyyətində bu gün aparılan rentgen müayinəsi zamanı əhəmiyyətli dərəcədə yaxşılaşma müşahidə olunub”.

Bu barədə Yenicag.az-a məlumatı Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev verib. Bildirib ki, aktyorun ümumi vəziyyəti ağır olaraq qalır:

“Tənəffüsü süni ventilyasiya aparatı vasitəsiylədir. Huşu aydındır. Bu gün aparılan rentgen müayinəsi zamanı ağciyərlərin vəziyyətində əhəmiyyətli dərəcədə yaxşılaşma müşahidə olunub. Hazırda ilk planı ikincili bakterial infeksiya qoşulması ilə mübarizəyə çıxır. Bununla bağlı müvafiq təyinatlarda dəyişikliklər aparılıb”.

Qeyd edək ki, iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artistin ağciyər toxumasının 90%-dən çox zədələndiyi bildirilmişdi.

www.yenicag.az

740
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv