Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti stabil ağır olaraq qalır.
Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
Onun sözlərinə görə, əməkdar artistin vəziyyətində ötən gün ciddi dəyişiklik olmayıb: “Xəstə süni ventilyasiya cihazı və ECMO aparatına qoşulu vəziyyətdədir. Hazırda təyinat üzrə müalicə davam etdirilir”.