!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəhreyn: “Qətəri regional müdaxilə gözləyir”

!Reklam – Yazi

Dohanın region ölkələri ilə razılıqlara əməl etmədiyi təqdirdə Qətəri regional müdaxilə ilə üzləşəcək.

Yenicag.az-ın məlumatına görə, bu barədə Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd bin Al Xəlifə öz Twitter səhifəsində yazıb.

“Ya Qətər regiondakı mövcud ümumi müdafiəyə dair razılıqlara əməl edəcək, ya da onu təcili regional müdaxilə gözləyir”, – o yazıb.

Nazirin sözlərinə görə, Qətər qonşu dövlətlərlə diplomatik münaqişədən sonra ölkəyə xarici hərbçiləri dəvət edərək vəziyyəti daha da gərginləşdirib.

“Qətərlə münaqişənin əsası yalnız siyasi arenada olub, xaricdən hərbçilərin dəvət olunması – hərbi gərginliyin artırılması deməkdir. Bunun məsuliyyəti bütövlüklə rəsmi Dohanın üzərinə düşür”, – Al Xəlifə qeyd edib.

Qeyd edək ki, Qətərlə diplomatik əlaqələri kəsən, sərhədlərini bağlayan Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir münasibətlərin bərpası üçün rəsmi Doha qarşısında 13 şərt irəli sürüblər.

Bu şərtlər sırasında İranla münasibətlərin aşağı səviyyəyə endirilməsi, Əl-Cəzirə telekanalının bağlanması, Türkiyə ilə hərbi əməkdaşlığın dayandırılması və Türkiyənin bu ölkə ərazisindəki hərbi bazasının bağlanması da var. Eyni zamanda Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətərdən pul kompensasiyası da tələb edir. Bu tələblər Küveyt vasitəsi ilə Qətərə çatdırılıb. Qətər isə bu şərtlərin qəbuledilməz sayıb.

Rəsmi Doha bəyan edib ki, bu şərtlərin heç biri terrorizmlə mübarizə ilə əlaqədar deyil, ölkənin suverenliyini məhdudlaşdırmaq məqsədi daşıyır.

Yenicag.az

www.yenicag.az

916
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv