Belarus generalitetinin TƏŞVİŞİ: “Polşa hücum müharibəsinə hazırlaşır”

“Polşa ilə Baltik ölkələrinin modernləşdirilmiş aerodromlarında NATO-nun 200-ə yaxın təyyarəsinə xidmət göstərilə bilər”.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Polşanın Rusiya və onun müttəfiqi olan Belarusa hücum etmək ehtimalının artdığını bildirən Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-mayor Valeri Qnilozub deyib.

Onun sözlərinə görə, NATO Rusiya və Belarusla həmsərhəd olan üzv ölkələrdə hərbi potensialını sürətlə gücləndirir:

“Birmənalı olaraq demək mümkündür ki, NATO-nun yerləşdirdiyi bu qüvvələr alyansın Rusiya və Belarusa qarşı zərbə qruplaşmalarının əsasını təşkil edə bilər.

Belə bir şəraitdə NATO-nun bizimlə sərhədləri olan ölkələrdəki mövcud hərbi infrastrukturu yüksək templə inkişaf etdirilir.

Polşa ilə Baltik ölkələrinin modernləşdirilmiş aerodromlarında NATO-nun 200-ə yaxın təyyarəsinə xidmət göstərilə bilər. Bu isə, ilk növbədə, Polşanın hücum müharibəsinə hazırlaşmasının əlamətidir”.