Belarus qoşunları Rusiyaya yardım etmək üçün Ukrayna ərazisinə daxil olub.
Yenicag.az xəbər verir ki, bunu “Sever” regional ərazi müdafiəsi idarəsinin nümayəndəsi Vitali Kirilov təsdiqləyib.
“Belarus müharibəyə qoşuldu. Çerniqov bölgəsinə Belarus qoşunları daxil olub”, – o bildirib.
Bu vilayət Kiyev vilayətinin şimal tərəfində yerləşir.
Xatırladaq ki, Ukrayna ərazisinə Belarusdan hərbi müdaxilə ilk gündən müşahidə edilir. Lakin indiyə qədər hücum edən qüvvələr Belarusa yox, Rusiyaya məxsus idi.