Belarus Ukraynaya qarşı ikinci cəbhə açır? – Bu VİDEO ortalığı qarışdırdı

Belarus ordusu ağır hərbi texnikalarını Ukrayna ilə sərhədinin 60 km-liyinə cəmləşdirir.

Yenicag.az xəbər verir ki, müharibə başlayandan Rusiyaya açıq dəstəyini ifadə edən Belarus Prezidenti Aleksandr Lukaşenko bu dəfə bütün hərbi silah-sursatını sərhədə yığır.

Əgər Rusiya Qərbin çağırışlarını əvvəlki qaydada cavabsız qoymağa davam edəcəksə, müharibənin uzanacağı da bir gerçəklikdir. Bunu hesablayan Lukaşenkonun da ehtiyatlı davrandığı bu addımından bəlli olur.