Belarus yüksək terror təhlükəsi rejiminə keçdi

Belarus dövləti “yüksək terror təhlükəsi” vəziyyətinə gəlib.

Yenicag.az xəbər verir ki, bunu Belarus-Ukrayna sərhədindəki vəziyyəti dəyərləndirərkən Belarus Prezidenti Aleksandr Lukaşenko Qazaxıstanın paytaxtı Astanada jurnalistlərə açıqlamasında deyib.

Sərhəddə vəziyyətin gərginləşdiyini bildirən Lukaşenko, “Sərhədlərimizdə gərginliyin artması səbəbindən yüksək terror təhlükəsi yaranıb. Ona görə də biz Belarus ordusunun əsasını təşkil edən və Rusiyanın hərbi birləşmələri tərəfindən dəstəklənən “Müttəfiq hərbi hissə”nin yerləşdirilməsi prosesinə başladıq”, – deyib.

Lukaşenko 10 oktyabrda Rusiya ilə birgə regional hərbi birləşmənin yaradılması barədə razılığa gəldiklərini bildirib. Belarusun xarici işlər naziri Vladimir Makey də Ukrayna sərhədində hərbi səfərbərliyə qarşı tədbirlər görəcəklərini açıqlayıb.