Belarusa qarşı xarici təcavüz Rusiya Federasiyasının özünə qarşı hücum kimi qiymətləndiriləcək.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.
O, Litva xarici işlər nazirinin “Ukrayna Belarusa hücum edə bilər” açıqlamalarını şərh edərkən deyib ki, hücum olarsa, bundan irəli gələn bütün nəticələr də olacaq./unikal