Belarusda son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 352 nəfər artaraq 2 min 578 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə Belarus Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ötən sutka ərzində virusa yoluxan 3 xəstə də həyatını itirib. Bununla da ölkədə koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb. İndiyə qədər virusa yoluxan 203 nəfər sağalıb.