Belarusda koronavirusa yoluxanların sayı 8 mini ötdü

Belarusda son sutka ərzində daha 2 nəfər vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Belarus Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son sutka ərzində daha 741 nəfər koronavirusa yoluxub. Bununla da koronavirusa yoluxanların sayı 80 22 nəfərə çatıb.

Qeyd olunub ki, xəstəlikdən indiyə kimi 60 nəfər ölüb.