Belarusda prezident seçkiləri ilə bağlı qərar verildi – Bu tarixdə keçiriləcək

Belarus Nümayəndələr Palatasının iclasında prezident seçkiləri ilə bağlı qərar verilib.

Yenicag.az xəbər verir ki, bu barədə BELTA dövlət xəbər agentliyi məlumat yayıb.

Belarus parlamenti seçkilərin 2025-ci il yanvarın 26-da keçirilməsi barədə qərar qəbul ediblər.

Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri bu iclasda komissiyanın səsverməni təşkil etməyə hazır olduğunu bəyan edib və qeyd edib ki, prezident seçkiləri “yenilənmiş konstitusiya qanunvericiliyi əsasında bütün dövlət qurumlarının formalaşmasının məntiqi yekunu olacaq”.

Qeyd edək ki, söhbət 2022-ci ilin fevralında keçirilən konstitusiya referendumunun nəticələrinə əsaslanan dəyişikliklərdən gedir.

Nəsimi Ələsgərli

COP29