Belarusdan Kiyevə 20 helikopter uçdu

Belarus ərazisindən 20-yə yaxın helikopter havaya qalxıb. Onlar Kiyevə doğru gedirlər.

Yenicag.az Unian-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“Belaruslular bildirirlər ki, son 10 dəqiqə ərzində Belarus ərazisindən Kiyevə 20-dək helikopter uçub”, – məlumatda deyilir.

Onların hansı helikopterlər olduğu və içində nə olduğu barədə məlumat verilmir.