Belarusun Haaqadakı səfirliyinə hücum edildi

Naməlum şəxslər Belarusun Haaqadakı səfirliyinə hücum ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə TASS-a Belarus diplomatik nümayəndəliyindən məlumat verilib.

Məlumata görə, hadisə iyulun 1-dən 2-nə keçən gecə baş verib.

Binanın pəncərələri zədələnib, divarlara qraffitilər çəkilib./Qafqazinfo/