Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Belçika və Niderlanddan darmadağın – Türkiyə millisi xal itirdi

Reklam: Sinerji Pro

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində III tura start verilib.

Yenicag.az xəbər verir ki, turun ilk oyun günündə 4 qrupda 10 qarşılaşma keçirilib.

Azərbaycan yığmasının yer aldığı A qrupunda Portuqaliya səfərdə Lüksemburqu məğlub edib – 3:1. Bu qrupda yer alan İrlandiya seçməsi isə yoldaşlıq görüşündə Qətərlə heç-heçə edib.

E qrupunda Belçika millisi Belarusun qapısından 8 cavabsız top keçirib.

G qrupunda maksimum nəticə göstərən Türkiyə millisi Latviyanı sınağa çəkib. “Ay-ulduzlular” hesabda öndə olsalar da, qələbəni əldən veriblər. Niderland yığması isə səfərdə qrupun autsayderi Cəbəllütariqi darmadağın edib – 7:0.

H qrupunda Slovakiya evdə Rusiya, Xorvatiya isə Malta üzərində qələbə qazanıb.

DÇ-2022, seçmə mərhələ
III tur
30 mart

A qrupu
20:00. Azərbaycan – Serbiya – 1:1

Qol: Emin Mahmudov, 59 (penalti) – Aleksandar Mitroviç, 16, 81

22:45. Lüksemburq – Portuqaliya – 1:3

Qollar: Gerson Rodriges, 30 – Dioqu Jota, 45+2. Kriştianu Ronaldu, 51. Joau Palyinya, 80

Qırmızı vərəqə: Maksim Şano, 86 (Lüksemburq)

Yoldaşlıq görüşü

22:45. Qətər – İrlandiya – 0:1

Qollar: Məhəmməd Muntari, 47 – Ceyms Makkleyn, 4

Xal durumu: Portuqaliya – 7, Serbiya – 7, Lüksemburq – 3 (1), Azərbaycan – 0 (1), İrlandiya – 0

E qrupu

22:45. Uels – Çexiya – 1:0

Qol: Daniel Ceyms, 82

Qırmızı vərəqələr: Konnor Roberts, 77 – Patrik Şik, 49

22:45. Belçika – Belarus – 8:0

Qollar: Mişi Batşuayi, 14. Hans Vanaken, 17; 89. Leandro Trossard, 38; 76. Jeremi Doku, 42. Dennis Prat, 49. Kristian Benteke, 70

Xal durumu: Belçika – 7, Çexiya – 4, Uels – 3, Belarus – 3, Estoniya – 0

G qrupu

22:45. Cəbəllütariq – Niderland – 0:7

Qollar: Stiven Bergeys, 42. Lük de Yonq, 55. Memfis Depay, 61; 88. Corcinyo Veynaldum, 62. Doniell Malen, 64. Donni van de Bek, 85

22:45. Monteneqro – Norveç – 0:1

Qol: Aleksander Sörlot, 35

22:45. Türkiyə – Latviya – 3:3

Qollar: Kenan Karaman, 2. Hakan Çalhanoğlu, 33. Burak Yılmaz, 52 (pen.) – Robert Savalniek, 35. Robert Uldrikis, 58. David İkaunieks, 79

Xal durumu: Türkiyə – 7, Niderland – 6, Monteneqro – 6, Norveç – 6, Latviya – 1, Cəbəllütariq – 0

H qrupu

20:00. Kipr – Sloveniya – 1:0

Qol: İoannis Pittas, 42

22:45. Slovakiya – Rusiya – 2:1

Qollar: Milan Şkrinyar, 38. Robert Mak, 74 – Mario Fernandes, 71

22:45. Xorvatiya – Malta – 3:0

Qollar: İvan Perişiç, 62. Luka Modriç, 76. Yosip Brekalo, 90

Xal durumu: Xorvatiya – 6, Rusiya – 6, Slovakiya – 5, Kipr – 4, Sloveniya – 3, Malta – 1
/Report

Loading...

www.yenicag.az

131
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100