Ötən gün Fransa-Belçika sərhədində “sarı jiletlilər”in yolda qurduğu barikkadanın qarşısında dayanan yük maşınlarından birinə minik avtomobilinin çırpılması nəticəsində sürücü ölüb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə yayılan xəbərləri Belçika yanğın mühafizə xidməti təsdiqləyib.
Qeyd edək ki, artıq bir neçə gümdür Belçikada həmkarlar qiymət artımı və digər sosial problemlər səbəbindən etiraz aksiyaları və tətillər keçirilir.