Belçikada Barış Mançoya abidə qoyulacaq

Belçikanın Lyej şəhərində məşhur türkiyəli müğənni Barış Mançonun abidəsi ucaldılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə özünün “Instagram” səhifəsində Barış Mançonun böyük oğlu Doğukan Manço məlumat verib.

Artıq Barış Mançonun övladları ilə Lyej şəhər bələdiyyəsinin rəhbərliyi arasında görüş də keçirilib.
Doğukan Manço əlavə edib ki, onlar Lyej şəhər rəhbərliyinin dəvəti ilə Belçikaya səfər ediblər.