Belçikada qadın xüsusi təyinatlılar bölməsi yaradılır

2019-cu ilin sonunda – 2020-ci ilin əvvəllərində Belçika Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində yalnız qadınlardan ibarət bölmə yaradılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Belçikanın RTBF teleradio şirkəti məlumat yayıb.

“Silahlı Qüvvələrdə qadınlar üçün xüsusi təyinatlı bölmənin yaradılması planlaşdırılır. Bu bölmə 2019-cu ilin sonlarında – 2020-ci ilin əvvəllərində yaradılacaq”, – deyə məlumatda bildirilir.

Əlavə məlumat üçün qeyd edək ki, Belçikada qadınlar orduya ilk dəfə 1975-ci ildə qəbul edilib. Buna qədər qadın cinsinin nümayəndələri orduya yalnız mobilləşdirmə dövründə çağırıla bilərdi.