Belçikada terror aktına cəhdin qarşısı alındı

Belçikanın Antverpen şəhər polisi avtomobili yüksək sürətlə idarə edərək küçədəki izdihamı vurmaq istəyən sürücünü həbs edib.

“Report”un məlumatına görə, hadisə zamanı heç kim xəsarət almayıb. Avtomobil hərbi patrul tərəfindən saxlanılıb. Antverpen meri Bart de Vever mümkün terror aktının qarşısının alındığını deyib.

Məlumata görə, avtomobildə silah aşkarlanıb və maşını minaxataranlar yoxlayır. “Associated Presse”in məlumatında isə bildirilir ki, o, Fransa qeydiyyatındadır.

Qeyd edək ki, insident Belçikada 32 nəfərin ölümü ilə nəticələnmiş terror aktının ildönümününü anım hadisəsindən 1 gün sonra baş verib.