!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Belə bir ərəfədə dini mərasimlərə qatılmaq məqbul deyil" - İlahiyyatçıdan Aşura ilə bağlı çağırış

!Reklam – Yazi

“Bu can Allahın əmanətidir və Allahın əmanətini qoruyun. Bu, bizim borcumuzdur. Bu can əmanətinin necə qorunması barədə də bizdən sorğu-sual olunacaq. Bu mənada insanlarımıza səslənirəm ki, Məhərrəmliklə bağlı tədbirlərə qatılmaq sağlamlığımıza böyük zərbə vura bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Aşura ilə bağlı kütləvi dini tədbirlərin keçirilməsinin ölkədə koronavirusla bağlı epidimioloji vəziyyətə mümkün təsirini şərh edəni ilahiyyatçı Nizami Rza deyib.

Nizami Rza Məhərrəmlik ayı və Aşuranın bu il pandemiya ilə bağlı təhlükəli və riskli şəraitə təsadüf etdiyini bildirib və əhalini diqqətli olmağa səsləyib:

“Azərbaycan dövləti hər zaman vətəndaşını düşünüb, onun sağlamlığının təminatçısı olub. Vətəndaşlarımız dövlətin bu sahədə qəbul etdiyi qərarlara böyük hörmətlə yanaşır və gördüyü işləri yüksək qiymətləndirir. Allah Quranda buyurur ki, özünüzü təhlükəyə atmayın. Bu gün pandemiya şəraitində yaşayırıq. Ətrafımızda nə qədər insan bu xəstəliyə yoluxdu, dünyasını dəyişənlər oldu. Buna görə də hamılıqla borcumuzdur ki, canımızı bu təhlükədən qoruyaq. Hər birimiz bilirik ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması ölkəmizdə epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərir. Deməli, bu məsələdə xüsusi riskə getməmək və əldə olunan uğurların davamını təmin etmək lazımdır.

Virusla mübarizə apardığımız belə bir ərəfədə kütləvi şəkildə toplanmaq, dini mərasimlərə qatılmaq məqbul deyil. Sağlamlığımız üçün bu, çox təhlükəlidir. Tez bir zamanda bu bəladan qurtulaq, qarşıdan gələn illərdə dini mərasimlərimizi yenə, əvvəllər olduğu kimi hamılıqla bir yerdə keçirərik”.

Cəvahir

www.yenicag.az

4908
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv