Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

"Belə dəyərli təkliflərin nəzərə alınmaması təəssüf doğurur" - Əflatun Amaşov

Millət vəkili Hesablama Palatası tərəfindən irəli sürülən təkliflərin nəzərə alınmamasından təəssüfləndiyini bildirib.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov Hesablama Palatasının fəaliyyəti ilə bağlı fikir və təkliflərini bildirib.

Əflatun Amaşovun sözlərinə görə, Hesablama Palatasının hesabatı yüksək səviyyədə hazırlansa da, qurumun irəli sürdüyü bir sıra təkliflərin nəzərə alınmaması təəssüf doğurur:

“Hesabat yüksək səviyyədə hazırlanıb və müsbət qiymətləndirilməlidir. Təəssüf doğuran bir məqam bundan ibarətdir ki, Palatanın təqdim etdiyi hesabatda konkret dövlət qurumlarına çox dəyərli təkliflər irəli sürülsə də, onlara əməl olunmur. Bunun nəticəsində də ötən ilki hesabat dövründə yol verilən nöqsanlar yenidən təkrarlanır. Hesab edirəm ki, dövlət qurumları həmin təklifləri nəzərə almalı və onların fəaliyyəti ilə bağlı qeydə alınmış nöqsanları aradan qaldırmalıdırlar”.

A.Zeynalov

www.yenicag.az

4854
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM