!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Belə məğlubiyyətə sevindiyimi xatırlamıram" - Qurban Qurbanov

!Reklam – Yazi

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” qrup mərhələsinə vəsiqə qazanıb.

Yenicag.az xəbər verir ki, ağdamlılar bu yolda Danimarkanın “Koprnhagen” klubunu mübarizədən kənarlaşdırıb.

Qarşılaşmadan sonra açıqlama verən tarix yazan komandanın baş məşqçisi Qurban Qurbanov zəfəri şərh edib.

“Bu gün tək biz yox, bütün Azərbaycan xalqı qələbə arzulayırdı. Hər kəsi, bütün azərbaycanlıları təbrik edirəm. Karyeramda belə bir məğlubiyyətə sevindiyimi xatırlamıram. Oyuna gəlincə, ilk hissədə çıxışımız pis alınmırdı, əsas diqqəti müdafiəyə ayırmışdıq. Çalışırdıq ki, təzyiqdən çıxaq və əks hücum quraq. Ev sahibi komanda istər-istəməz daha inamlı oynayır. Futbolçularım isə hər şeyə rəğmən əzmkar və soyuqqanlı oynadılar. Düşündüyümüz kimi alındı və pis olmadı”.

Yenicag.az

www.yenicag.az

1357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv