İtaliyanın paytaxtı Roma yaxınlığında Rokka di Papa qəsəbəsinin bələdiyyə binasında partlayış baş verib.
Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 9 nəfər, o cümlədən qəsəbənin meri xəsarət alıb.
Xəsarət alanlar arasında binanın yaxınlığında olan uşaqlar da var.
Qeyd olunur ki, partlayışa qaz sızması səbəb olub. Təhlükəsizlik məqsədilə yaxınlıqdakı binalardan sakinlər təxliyə olunub./Trend/