Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sabunçu rayonu Kürdəxanı gölünün ətrafına məişət tullantılarının atılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun idarə olunmadığı, qeyri-mütəşəkkil qalaqlandığı faktı təsdiqini tapıb.
Faktla bağlı əraziyə cavabdeh Kürdəxanı bələdiyyə sədri Pərviz Dadaşov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə olunub.
Tullantıların ərazidən təmizlənməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. ETSN-nin əməkdaşlarının nəzarəti ilə ərazi tullantılardan təmizlənib.