Bələdiyyə sədri gəlin maşının qabağını kəsərək bəydən “şirinlik” alıb.
Yenicag.az xəbər verir ki, Türkiyənin Keşan Bələdiyyəsinin sədri Mustafa Helvacıoğlu yoldan toy karvanının keçdiyini görüb gəlin maşınının önünü kəsib.
Bələdiyyə sədri bəydən bəxşiş alaraq insanlara çay qonaqlığı verib.
Sosial şəbəkə hesabından paylaşım edən Helvacıoğlu, “Toy karvanının önünü kəsib bəydən bəxşiş aldıq. Melis və Əhməd bəyə ömürboyu xoşbəxtlik diləyirik. Gözəl adətlərimizi davam etdirmək, nəsildən-nəslə ötürmək lazımdır”, – deyə qeyd edib.