Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Bələdiyyə üzvlüyünə namizədlər 35 siyasi partiyanı təmsil edirlər” – Şahin Əsədli

Reklam: High Technic

“Seçkilərdə namizədlikləri qeydə alınan namizədlərin təqribən 3-də 1-i siyasi partiya üzvləridir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) mətbuat xidmətinin rəhbəri Şahin Əsədli deyib.

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində namizədlik üçün müraciət edən vətəndaşlar tərəfindən hər hansı qanun pozuntusuna yol verildiyinə dair şikayət sdaxil olmayıb.

Eyni zamanda, Bakıda və bölgələrdə çoxlu sayda müxalif fikirli gənclər qeydiyyata alınıb. Müşahidəçilər bu tendensiyanı hakimiyyətin həyata keçirdiyi ümumi islahatların tərkib hissəsi kimi qiymətləndirirlər.

Bələdiyyə seçkiləri üzrə prosesin gedişi ilə bağlı Yenicag.az-a məlumat verən MSK-nın sözçüsü prosesin şəffaf şəkildə davam etdiyini bildirib:

“Bələdiyyə seçkilərində 13 siyasi təşkilat partiya şəklində qatılmaq üçün qərar qəbul etdikdən sonra səlahiyyətli nümayəndələrinin qeydə alınması üçün MSK-ya müraciət ediblər. Bundan sonra onların təqdim etdiyi bütün səlahiyyətli nümayəndələr qeydə alınıb.

Ümumilikdə 13 siyasi partiya bələdiyyə seçkilərinə partiya şəklində qatılıb, namiazədlər arasında isə 35 partiyanın təmsilçiləri var.

Eyni zamanda, öz təşəbbüsü ilə namizədliyini irəli sürən vətəndaşlar da var ki, onlar 35 siyasi partiyanı təmsil edirlər”.

Səxavət Məmməd

www.yenicag.az

214
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM