Reklam: High Technic
hightechnic

Bələdiyyə üzvü özünü asdı

Qusarda intihar olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hil kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü İldırım Fürudin oğlu Yarəliyev yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Qusar rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, intihar edən İ. Yarəliyev Hil kənd bələdiyyəsinin üzvü olub.

www.yenicag.az

1610