!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bələdiyyələrlə bağlı tədbir keçirildi – FOTOLAR

!Reklam – Yazi

 

yenicag.az_belediyyeÖtən həftə Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Assosiasiyalarının Ümumi Yığıncaqları keçirildi.

Tədbirlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Ümumi yığıncaqların işində Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının və Nəzarət-təftiş komissiyalarının hesabatları, 2016-cı il üçün büdcə, yerli büdcənin formalaşması və iqtisadi potensialın dayanıqlı maliyyə mənbələri üzərində qurulması məsələləri müzakirə olunub.

Qeyd edilib ki, hesabatı əhatə edən dövrdə Assosiasiylar yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri hökumət təşkilatları, xarici ölkələrin assosiasiyaları və bələdiyyələri ilə əməkdaşlıq əlaqələrini müntəzəm davam etdiriblər. Tədbirlərdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər Komitəsinin üzvü Kamran Bayramov öz çıxışında qeyd edib ki, bələdiyyələr ölkəmizin inkişafında əhəmiyyətli rol oynayır, onlar cəmiyyətdə özünəməxsus nüfuz qazanıb, əhalini narahat edən sosial əhəmiyyətli məsələlərinin həllini tapmağa, vətəndaşları yerli özünüidarəetmə proseslərinə cəlb etməyə çalışıb. Bu işdə Milli Assosiasiyaların böyük rolu var. Son illərdə bələdiyyələrin fəaliyyətlərinin əlaqələndirilməsi, bu sahədə ortaya çıxan problemlərin həll edilməsi, ölkəmizdə yerli özünüidarəetmənin gücləndirilməsi və inkişaf etdirillməsi üçün yeni qanunvericilik aktlarının qəbul edilməsində və digər sahələrdə bir çox işlər görülüb. Bələdiyyələr onlara göstərilən etimadı doğrultmalıdırlar ki, büdcə gəlirlərini çoxaltmaqla, sosial yönümlü iri layihələr həyata keçirib vətəndaşlar arasında nüfuzu və hörmətinin artmasına nail olsunlar. Bələdiyyələr irəliləyişin əldə olunması üçün vergi ödəyicilərinin dürüst uçotunu aparmalı və yerli büdcələrə daxilolmaların artmasını təmin etməlidir ki, layihələrin sayı çoxalsın, vətəndaşların sosial sifarişləri tam təmin edilsin, bələdiyyələrin fəaliyyətinin səmərəliliyi qənaətbəxş olsun“. Tədbirlərdə bir sıra təşkilati məsələlərin müzakirəsi də aparılıb.

www.yenicag.az

673
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv