Bələdiyyəni “Whatsapp”-la idarə edən sədr həbs olundu

belediyeyi-whatsapp-la-yoneten-baskana-dava-6010485Brazilyada yoxsul  qəsəbənin bələdiyyə sədri olan Lidiana Leyt “Whatsapp” mesajları vasitəsilə 275 km uzaqlıqdan idarəetmə işlərini həyata keçirdiyi üçün həbs olunub.

Yenicag.az xəbər verir ki, keçmiş sədr həmçinin rüşvətxorluqda da ittiham olunur. Onun təhsil sektorundan külli miqdarda pul mənimsədiyi bildirilir. Həmçinin Lidiananın sevgilisi də həbs edilib. Onun da sədrin işlərində yardımçı olduğu ortaya çıxıb.

25 yaşlı bələdiyyə sədrinin lüks həyat tərzi sürdüyü məlum olub.