“Bəli, simulyasiya edirdim” – Neymar

Braziliya millisinin ulduz futbolçusu Neymar dünya çempionatında tez-tez simulyasiya etməsindən söz açıb.

Yenicag.az xəbər verir ki, PSJ-nin forvardı ona qarşı edilən kobudluqlardan şikayətlənməklə yanaşı, simulyasiya etdiyini də danmayıb:

“Ayaq sümüyümə vurdular, onurğama təpik atdılar, ayağımı tapdaladılar. Buna görə də həqiqətən meydanda acı çəkirdim. Düzdü, bəzən bunu çox şişirdirdim. Amma şıltaq biri deyiləm. İndi güzgüdə özümə baxıram və başqa bir insan olmaq üçün özümlə mübarizə aparıram”.

Qeyd edək ki, “sambaçı” Rusiyada keçirilən mundialda 14 dəqiqə yerdə qalıb.

Emin

COP29