Latviyanın “AirBaltic” aviaşirkəti də Riqadan Minskə uçuşları dayandırır.
Yenicag.az xəbər verir ki, bu barədə aviaşirkətin məlumatında qeyd edilib.
Bildirilib ki, oktyabrın sonunadək planlaşdırılan bütün 126 reys mayın 27-dən etibarən ləğv olunacaq.
Bundan əvvəl Böyük Britaniya da Belarus aviaşirkətlərinin onun hava məkanından istifadə etməsinə qadağa qoyub.