Belousovdan Rusiyada səfərbərliklə bağlı AÇIQLAMA

“Səfərbərlikdən söhbət gedə bilməz”.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının yeni təyin olunacaq müdafiə naziri Andrey Belousov deyib.

O, artıq nazirliyin işi ilə tanış olmağa başladığını bildirib. Belousov silah-sursatla təmin olunmasını və xüsusi hərbi əməliyyatlar zonasında ordu qruplarının artırılmasını öz mövqeyində prioritet məsələlər adlandırıb: “Jurnalistlər üçün xüsusi olaraq vurğulamaq istəyirəm ki, söhbət səfərbərlikdən, hansısa fövqəladə tədbirlərdən getmir, planlaşdırılmış tədbirlərdən gedir. Lakin buna baxmayaraq, bu proses artıq başlayıb: həm vətəndaşların hərbi xidmətə çağırılması, həm də müqavilələrin imzalanması xüsusilə vacibdir”./unikal