“Belqorodda təyyarə qəzası terror aktıdır” – Rusiya MN

Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətinin səmasında İL- 76 hərbi-nəqliyyat təyyarəsinin vurulmasını terror aktı kimi qiymətləndirib.

Yenicag.az xəbər verir ki, bu barədə nazirliyin hadisə ilə bağlı yeni açıqlamasında bildirilib.

Rəsmi Kiyev Belqorod vilayətində İl-76 təyyarəsini vuraraq terror aktı törədib:

“Təyyarənin göyərtəsində olan hər kəs, o cümlədən ukraynalı əsirlər ölüblər. Əsirlərin dəyişdirilməsi, əvvəllər əldə edilmiş razılaşmaya əsasən, günorta saatlarında Rusiya-Ukrayna sərhədindəki Kolotilovka keçid məntəqəsində baş tutmalı idi”.

Xatırladaq ki, yanvarın 24-də Belqorod yaxınlığında “İL-76” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 74 nəfər ölüb. Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, ölənlərdən 65-i əsirlikdə olan Ukrayna hərbçisi, 6-sı ekipaj üzvü, 3-ü isə müşayiətçidir.

COP29