“Bentley” qayda pozdu, BNA cəriməsini “Hyundai”a göndərdi – FOTO

Bakıda dayanma-durma qaydasını pozan 90 LL 111 dövlət nömrə nişanla “Bentley” markalı avtomobilin sürücüsünə cərimə yazılıb.

Yenicag.az xəbər verir ki, cəriməni Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərtib edib. Lakin cərimə bildirişi “Hyundai” markalı 99 LL 111 nömrə nişanlı avtomobilin sürücüsünə göndərilib.

Ümid edirik ki, bahalı avtomobillərin sürücülərini də cərimələməkdən yan keçməyən BNA bu texniki səhvi tezliklə aradan qaldıracaq./Avtosfer/