İsrailin Baş naziri Benyamin Netanyahu Amerika Birləşmiş Ştatlarının Tel-Əvidəki səfirliyinin Qüdsə köçürülməsinin bir illiyi münasibətilə təşkil olunmuş tədbirə qatılıb.
Yenicag.az xəbər verir ki, Netanyahu rəsmi tədbirdə çıxış edərək Ərəb ölkələri ilə münasibətlərində ciddi irəliləyişlərin olduğuna diqqət çəkib.
İrana qarşı adını çəkmədiyi Ərəb ölkələri ilə eyni tərəfdə yer aldıqlarını bildirən Netanyahu – “Biz və Ərəb qonşularımızın bir çoxu və Ərəb olmayan bir sıra İslam ölkəsiylə İran məsələsində eyni düşüncədə və birlik içindəyik. İsraillə bölgə ölkələri, həmçinin dünyada sülhün bərqərar edilməsini istəyən bütün ölkələr İranın təcavüzkarlığına qarşı Amerikanın yanında olmalıdır”- deyə bildirib.
Netanyahu əvvəllər də qeyd etdiyi kimi, Ərəb ölkələri ilə münasibətlərin normallaşmasının Fələstinlə diplomatik təmas olmadan gerçəkləşdiyinə diqqət çəkib.
Aqil Bəkir