Benzema zədələndi

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı çempionatının 4-cü turunun “Əl-Vahda” ilə matçında zədələnib.

Yenicag.az xəbər verir ki, Məkkədəki Kral Əbdüləziz stadionunda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Kərim Benzema 42-ci dəqiqədə zədələnərək əvəzlənib.
Qeyd edək ki, Benzema yay transfer pəncərəsində “Əl İttihad”a keçib. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir. Fransalı hücumçu bu mövsüm 3 oyuna çıxıb, 1 qol vurub və 3 qolun ötürməsini verib.