Sentyabrın 1-dən 90 gün müddətində Azərbaycana idxal edilən benzinin 15% gömrük rüsumundan azad edilməsi ilə bağlı qərar noyabrın 30-da qüvvədən düşür.
Sabahdan etibarən Azərbaycana xaricdən gətirilən avtomobil benzininə 15% gömrük rüsumu yenidən tətbiq ediləcək. Bu ölkədə benzinin qiymətinə təsir edəcəkmi?
Yenicag.az-a açıqlama verən iqtisadçı Nazim Bəydəmirli qiymət artımının olmayacağını bildirib:
“Azərbaycana xaricdən idxal olunan benzin 15 faiz gömrük rüsumundan azad edilmişdi. Vaxt bitdiyi üçün qərar qüvvədən düşür. Benzinin hər tonu üçün nəzərdə tutulan aksiz dərəcəsi yenidən tətbiq olunacaq. Qiymət artımı ilə bağlı heç bir dəişiklik də gözlənilmir”.
Cəvahir