Reklam: High Technic
hightechnic

Benzin bahalaşdı

84876_res_01Ukraynada fevralın 25-dən etibarən А-95 markalı benzinin qiyməti 2,09 qrivna qalxaraq 1 litr üçün 26,42 qrivna (0,99 AZN) təşkil edib.

А-95 markalı benzinin maksimal qiyməti – 27,26 qrivna Ternopol vilayətində, ən minimal – 25,2 qrivna isə Dnepropetrovsk vilayətində qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl, 23-24 fevral tarixində Ukraynada devalvasiya səbəbindən benzinin qiyməti 1,3 qrivna qalxmışdı.

Yeri gəlmişkən, Azərbaycan Mərkəzi Bankının fevralın 26-na müəyyən olunmuş valyuta kursuna əsasən, 1 qrivna 0.0374 AZN təşkil edib.

www.yenicag.az

177